“Sabah” Məqsəd İsayevlə yollarını ayırıb

“Sabah” Məqsəd İsayevlə yollarını ayırıb
# 29 iyun 2020 15:33 (UTC +04:00)

Bakının “Sabah” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə anlaşmanı uzatmayıb.

Məqsəd 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, “Sabah” İsayevə qədər karyerasını bitirən Marko Deviç, həmçinin Cavid İmamverdiyev, Kərim Diniyev və Vadim Abdullayevlə də vidalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR