“Trabzonspor” 9-cu dəfə Türkiyə kubokunu qazanıb

#
# 00:34
30 iyul 2020

Türkiyə kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, final oyunu İstanbuldakı Atatürk Olimpiya stadionunda baş tutub.

Həlledici matçda “Trabzonspor” “Alanyaspor”la üz-üzə gəlib. Tarixində ilk dəfə kubokun finalına yüksələn sonuncular titullu rəqibi ilə bacarmayıblar.

Hər hissədə 1 qol vuran Trabzon klubu 15-ci dəfə yüksəldiyi finalda 9-cu dəfə mükafata yiyələnib. Sonuncu dəfə 2010-cu ildə bu uğura imza atan komanda kubok sayında “Beşiktaş”a çatıb.

Türkiyə kuboku
Final
29 iyul
“Trabzonspor” – “Alanyaspor” – 2:0

Omur, 25, Sorlot, 90+10

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR