"Trabzonspor"a böyük hesabla uduzan "Rizəspor"un baş məşqçisi istefa verib

"Trabzonspor"a böyük hesabla uduzan "Rizəspor"un baş məşqçisi istefa verib
# 29 fevral 2020 23:14 (UTC +04:00)

Türkiyədə daha bir baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Rizəspor" çalışdırıcısı İsmail Kartalla yollarını ayırıb.

Buna səbəb komandanın Super Liqanın XXIV turunda "Trabzonspor"a səfərdə böyükhesablı məğlubiyyəti (2:5) olub. Qarşılaşmadan sonra klub rəsmi saytı vasitəsilə Kartalın istefa ərizəsini rəhbərliyə təqdim etdiyini yazıb. Çalışdırıcının istefası artıq qəbul olunub.

Qeyd edək ki, "Rizəspor" hazırda 24 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR