Türkiyə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb

Türkiyə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb
# 14 avqust 2020 15:43 (UTC +04:00)

Daha bir Türkiyə klubunda koronavirusa yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, TFF I liqa təmsilçisi “Menemenspor”da kütləvi yoluxma olduğu açıqlanıb.

Ümumilikdə 10 nəfərin testinin nəticəsi pozitiv çıxıb ki, onlardan 9-u akademiyanın futbolçularıdır. Digər bir nəfər isə klub işçisidir. Virusa yoluxan şəxslər öz evlərində karantinə alınıb.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR