“Uotford” Premyer Liqaya dönüb

“Uotford” Premyer Liqaya dönüb
# 24 aprel 2021 21:04 (UTC +04:00)

İngiltərənin “Uotford” klubu Premyer Liqaya qayıdacaq.

Apasport.az saytının məlumatına görə, bu, Çempionşipin bitməsinə iki tur qalmış rəsmiləşib.

44-cü turda “Miluoll”u 1:0 hesabı ilə məğıub edən “Uotford” 3 oyunu qalan “Brentford”dan 10 xal uzaqlaşıb. Bu da 2-ci olan komandaya birbaşa vəsiqə üçün yetərli olub. Onlar “Norviç”in ardından bu hüququ qazanan 2-ci komanda olub.

Qeyd edək ki, 2019/20 mövsümündə Premyer Liqanı tərk edən “Uotford” 1 illik fasilədən sonra elitada oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR