Azərbaycan kubokunun final matçının vaxtı açıqlanıb

Azərbaycan kubokunun final matçının vaxtı açıqlanıb

© APA | Azərbaycan kuboku

# 17 may 2021 13:59 (UTC +04:00)

Azərbaycan kubokunun final oyununun vaxtı açıqlanıb.

Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, mayın 24-də keçiriləcək həlledici matçın başlama vaxtı dəqiqləşib.

“Keşlə” və “Sumqayıt” arasında görüş saat 19:30 başlayacaq. Qarşılaşma “Bank Respublika Arena”da təşkil olunacaq.

Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
Final
24 may
19:30. “Keşlə” – “Sumqayıt”

“Bank Respublika Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR