“Barselona” "Atletiko"ya qalib gələ bilməyib

"Barselona" - "Atletiko" oyunu

© APA | "Barselona" - "Atletiko" oyunu

# 08 may 2021 20:16 (UTC +04:00)

İspaniya La Liqasında XXXV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə liderlər üz-üzə gəlib.

“Barselona” öz meydanında “Atletiko” ilə qarşılaşıb. “Nou Kamp”da son qələbəsini 2006-cı ildə qazanan Madrid təmsilçisi bu dəfə də rəqibinə qalib gələ bilməyib.

Lakin meydan sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmadakı qolsuz heç-heçə Dieqo Simeoneni qane edib. Bu sülh nəticəsində “Atletiko” 1-ci pillədəki mövqeyini qoruyub.

Paytaxt təmsilçisinin aktivində 77 xal var. “Barselona” liderdən iki xal geri qalır.

Qeyd edək ki, sabah liderlər qrupunun daha iki üzvü üz-üzə gələcək. 74 xala malik “Real” 4 xal qabaqladığı “Sevilya”nı qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR