İtaliya kubokunda komanda sayı azaldılır

İtaliya kuboku

© APA | İtaliya kuboku

# 06 may 2021 17:24 (UTC +04:00)

İtaliya kubokunun formatında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, gələn mövsümdən C və D seriyasının komandalarının ölkə kuboku yarışlarında iştirak etməməsi qərara alınıb.

Bu səbəbdən həmin liqaların təmsilçilərinin qatıldığı ilkin mərhələlər ləğv olunub. Ölkə kuboku A və B seriyasının ümumilikdə 40 klubunun iştirakı ilə keçiriləcək. Format dəyişikliyində məqsəd həm oyun sayını azaltmaq, həm də azarkeşlər və yayımçılar üçün yarışı daha cəlbedici etməkdir.

Bu qərar C və D seriyası klublarının rəhbərləri tərəfindən narazılıqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR