Yol hərəkəti təhlükəsizliyi aylığı çərçivəsində keçirilən reydlər zamanı 65 min yol hərəkət qaydası pozuntusu qeydə alınıb

Yol hərəkəti təhlükəsizliyi aylığı çərçivəsində keçirilən reydlər zamanı 65 min yol hərəkət qaydası pozuntusu qeydə alınıb
# 22 dekabr 2006 11:59 (UTC +04:00)
Noyabrın 15-dən dekabrın 15-dək respublikada “Yol hərəkəti qaydalarına riayət edək” devizi altında keçirilən yol hərəkəti təhlükəsizliyi aylığının nəticələri açıqlanıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, təhlükəsizlik aylığı ərzində avtomobillərin sürətlə idarə olunması və digər kobud pozuntuların qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 65 min yol hərəkət qaydası pozuntusu müəyyən edilib. Qeydə alınan pozuntuların 10 mindən artığı sürət rejiminə əməl olunmaması, 1600-dən çoxu avtomobillərin sərxoş halda idarə edilməsi ilə bağlıdır. Bir ay davam edən hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan pozuntularla mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR