Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı proqramın layihəsi hazırlanıb

Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı proqramın layihəsi hazırlanıb
# 30 yanvar 2007 10:25 (UTC +04:00)
Bu gün təhsil naziri Misir Mərdanov 2 Fevral - Gənclər Günü münasibətilə Gənclər Təşkilatları Milli Şurasının üzvlərini qəbul edib. APA-nın məlumatına görə, dövlətin gənclərə göstərdiyi qayğıdan danışan M.Mərdanov bildirib ki, dövlət başçısı ötən ilin oktyabrında azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə əlaqədar proqramın hazırlanması məqsədilə sərəncam imzalayıb. Proqramın hazırlanması üçün İqtisadi İnkişaf Nazirliyinə 3 ay vaxt verilib. Artıq proqramın layihəsi hazırdır.
GTMŞ sədri Fuad Muradov isə deyib ki, 1996-cı ildə yaradılan qurum indiyə kimi gənclərlə bağlı 60-dək böyük proqram, 200-dək layihə həyata keçirilib. Gənclər arasında məşğulluğun səviyyəsi barədə də danışan F.Muradovun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda gənclər arasında işsizlik səviyyəsinin 40% olduğunu desə də, bu rəqəm reallığı göstərmir. O, Azərbaycan gənclərinin ölkə əhalisinin 65%-ni təşkil etdiyini də xatırladıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR