Mətbuat Şurasının İlham Əliyevə müraciəti araşdırılır

Mətbuat Şurasının İlham Əliyevə müraciəti araşdırılır
# 06 fevral 2007 14:01 (UTC +04:00)
Mətbuat Şurasının (MŞ) enerji daşıyıcılarının və kommunal xərclərin qiymətinin artması ilə bağlı prezident İlham Əliyevə müraciəti araşdırılır. Bu barədə APA-ya MŞ-nın sədri Əflatun Amaşov məlumat verib. Şura sədri bu gün Prezident Aparatı ilə əlaqə saxlayaraq dövlət başçısına ünvanladıqları müraciətlə maraqlandıqlarını deyib. Onun sözlərinə görə, həmin müraciətdə elektrik enerjisinə, yanacağa, komunnal xərclərə, çap və yayıma sərf olunan xərclərin müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi və reklam bazarının genişləndirilməsi xahiş olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR