Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasındakı Samir Ağayev ona işgəncə verilmədiyini deyib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasındakı Samir Ağayev ona işgəncə verilmədiyini deyib
# 09 fevral 2007 16:03 (UTC +04:00)
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Samir Ağayevlə görüşüb. E. Behbudovun APA-ya verdiyi məlumata görə, S. Ağayevlə təklikdə görüşüb. S. Ağayev fevralın 7-də saxlanıldığını, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə barəsində Nəsimi rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbirinin seçildiyini bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, cinayət işinin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Saxlanma şəraitindən şikayətçi olmayan S. Ağayev ona işgəncə verilmədiyini, zor tətbiq edilmədiyini deyib. Təqsirləndirilən dövlətin təyin etdiyi vəkildən imtina edərək, ailəsinin hüquqlarının müdafiəsi üçün başqa vəkillə müqavilə bağlamasını istəyib. Bu gün S. Ağayevin ailəsi onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil Elçin Qəmbərovla müqavilə bağlayıb.
Ombudsman Aparatından APA-ya daxil olan məlumatda da qurumun əməkdaşlarının S. Ağayevlə görüşdükləri və saxlanılanın ona zor tətbiq edilmədiyini söylədiyi bildirilib. Ombudsman bu gün təkrar araşdırması zamanı da S. Ağayevə işgəncə verilmədiyini müəyyənləşdirib. Qurum həmçinin E. Süleymanovanın təcridxanaya buraxılmaması barədə bəzi mətbuat orqanlarında yayılmış məlumatın həqiqətə uyğun olmadığını da bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR