Nərimanov rayonu ərazisində itkin düşən 3 azyaşlı uşaq anaları ilə birgə tapılıb

Nərimanov rayonu ərazisində itkin düşən 3 azyaşlı uşaq anaları ilə birgə tapılıb
# 13 fevral 2007 12:01 (UTC +04:00)
Nərimanov rayonu ərazisində itkin düşən 3 azyaşlı uşağın yeri müəyyənləşdirilib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin təhqiqatçısı İlham Quliyev APA-ya bildirib ki, uşaqlar Bakı şəhərinin ərazisində anaları ilə birlikdə tapılıb. Təhqiqatçının sözlərinə görə, azyaşlıların anası Fəridə Novruzova əvvəl onları özü ilə Bərdə rayonuna aparsa da, sonradan onlarla birgə şəhərə qayıdıb. Uşaqların valideynləri boşanmaq üçün məhkəməyə müraciət etsə də, hələlik onlar rəsmi qaydada boşanmayıblar. Uşaqlar hazırda anaları ilə birgə yaşayırlar. Onların kimin himayəsinə veriləcəyini isə məhkəmə həll edəcək.
Qeyd edək ki, M. Əhmədzadə küçəsi ev 13A-da yaşayan Dağbəyi Novruzov yanvarın 24-də bölməyə müraciət edərək uşaqları Əsmər, Zülfiyyə və Rəşid Novruzovların yanvarın 20-də saat 17 radələrində evdən çıxıb qayıtmadıqlarını xəbər verib. Digər məlumata görə, D. Novruzov həyat yoldaşı ilə yola getmədiyindən uşaqları həyat yoldaşından ayıraraq onu evdən qovub. Bir neçə gün sonra F. Novruzova ərindən xəbərsiz evə gələrək uşaqları özü ilə aparıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR