Hacıqabul sakini “KamAZ”ın altında qalıb

Hacıqabul sakini “KamAZ”ın altında qalıb
# 13 avqust 2007 10:49 (UTC +04:00)
Hacıqabul sakini “KamAZ”ın altında qalaraq ölüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə avqustun 11-də saat 14:30 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində “Azərinşaatservis” şirkətinin sürücüsü İdris Hafiz oğlu Məmmədov idarə etdiyi “KamAZ” markalı 90 AE 642 dövlət nömrə nişanlı çınqılla dolu avtomaşını geriyə sürərkən baş verib. Bu zaman həmin şirkətin fəhləsi, 1980-ci il təvəllüdlü Sarxan Maşı oğlu Axundov təkərin altında qalıb. Ağır yaralanan fəhlə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR