Sumqayıt sakini narkotik vasitənin təsirindən ölüb

Sumqayıt sakini narkotik vasitənin təsirindən ölüb
# 06 sentyabr 2020 10:11 (UTC +04:00)

Sumqayıtda küçədə meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif  Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR