Abşeronda moped avtomobilə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Abşeronda moped avtomobilə çırpılıb

© APA | Abşeronda moped avtomobilə çırpılıb

# 08 dekabr 2021 03:38 (UTC +04:00)

İşıqforun qırmızı işığından keçən moped qəzaya uğrayıb.

APA xəbər verir ki, qəza Masazır qəsəbəsində qeydə alınıb. Əliağa Vahid küçəsində yüksək sürətlə hərəkətdə olan moped işıqforun yaşıl işığından keçən minik avtomobilinə çırpılıb.

Minik avtomobilin sürücüsü Tural Həmzəyev və hadisə şahidlərinin APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə “Toyota” markalı avtomobilin sürücüsü yol kəsişməsindəki işıqforun yaşıl işığından əsas yola çıxarkən moped sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini avtomobilə çırpıb. Qəza nəticəsində mopedin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsi və Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Şahidlərin ifadələri alınıb, fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR