Alüminium zavodundan 20 min manatlıq oğurluq edilib

Alüminium zavodundan 20 min manatlıq oğurluq edilib
# 15 noyabr 2021 11:49 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR