Astarada qanunsuz ov edən şəxs saxlanılıb

Astarada qanunsuz ov faktı aşkarlanıb

© APA | Astarada qanunsuz ov faktı aşkarlanıb

# 29 oktyabr 2021 11:21 (UTC +04:00)

Astarada qanunsuz ov faktı aşkarlanıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Ərçivan qəsəbəsi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən həmin qəsəbənin sakini H.Qədimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, ondan qanunsuz olaraq ovladığı 4 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR