Bakı sakini küçədə bıçaqlandıqdan sonra aqonal vəziyyətə düşüb

Bakı sakini küçədə bıçaqlandıqdan sonra aqonal vəziyyətə düşüb
# 29 oktyabr 2021 01:17 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal (canvermə - red.) vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR