Bakı sakininə dava zamanı iki bıçaq zərbəsi vurulub

Bakı sakininə dava zamanı iki bıçaq zərbəsi vurulub
# 01 dekabr 2021 04:17 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun Əhmədli stansiyasının yaxınlığında qeydə alınıb.

1983-cü il təvəllüdlü Süleymanov Zahid İslam oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı onun qol və ayaq nahiyyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR