Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu 90 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Təxminən 40-45 yaşlı sürücünün avtomobil idarə edən zaman halı pisləşib. Bu zaman idarəetmə itdiyindən avtomobil yolun kənarındakı beton dirəyə çırpılıb.
Qəza zamanı sürücü ağır xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.