Bakıda avtomobil hasara, daha sonra maşına çırpılıb - FOTO - VİDEO

Bakıda avtomobil hasara, daha sonra maşına çırpılıb - FOTO  - VİDEO
# 13 noyabr 2021 02:14 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Eldar Babayev küçəsində baş verib.

“Toyota” markalı avtomobilin sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsini görüb idarəetməni itirib. İdarəetmədən çıxan “Toyota” daş hasarı dağıdaraq arxada hərəkətsiz dayanan “Mercedes”-ə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Parkinq xidmətinə məxsus daş hasar isə uçub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR