Bakıda iki nəfərin ölümünə səbəb olan 20 yaşlı sürücünün istintaqı başa çatıb

Bakıda iki nəfərin ölümünə səbəb olan 20 yaşlı sürücünün istintaqı başa çatıb
# 07 dekabr 2021 09:12 (UTC +04:00)

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu, Babək prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun sağ zolaqda yüksək sürətlə idarə etdiyi “Audi” markalı, 90-VS-907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “VAZ 21015” markalı, 55-BU-172 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Güclü zərbə nəticəsində xəsarət alan “VAZ” markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Baba Nusrəddin oğlu Kaxidze və avtomobildə olan sərnişin Həmid İsmayılov xəstəxanaya yerləşdirilsələr də onların həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR