Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 178-ci, yəni, dələduzluq maddəsi ilə məhkum olunan Əhməd Cəfərov tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda 5, paytaxtın digər rayonlarında isə 6 nəfəri dələduzluq edərək aldadıb pullarını ələ keçirdiyi məlum olub.
Qeyd edək ki, Əhməd Cəfərov ifadəsində zərərçəkənlərə kreditlə avtomobil satacağı vədi verib onların etibarından sui-istifadə edərək aldatdığını bildirib.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhməd Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda maşın satmaq adı ilə 11 nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub - VİDEO
08 iyun 2021 12:23 (UTC +04:00)
Hadisə
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpılıb - FOTO
16:49
26 aprel 2024
Gürcüstanda qətlə yetirilən azərbaycanlı yeniyetmənin anası və dayısı ilə bağlı məhkəmə yekun qərar verəcək
16:31
26 aprel 2024
Bakıda körpə eyvanda anasının qucağından düşərək ölüb, araşdırma aparılır- YENİLƏNİB
15:50
26 aprel 2024
Oğlunun qətlində təqsirləndirilən 68 yaşlı şəxsə hökm oxunub
15:29
26 aprel 2024