Bakıda mənzildən 10 min manat oğurlanıb

Bakıda mənzildən 10 min manat oğurlanıb
# 06 noyabr 2021 14:47 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən əməkdaşlarının keçkirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 200 manat və 4 000 ABŞ dolları (6 800 manat) oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş R. Bayramov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR