Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində qeydə alınıb.
Məmmədov Rafiq Niftalı oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə kəsişmədən keçərkən motosikleti idarə edən İsa Abdullayev nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində İsa Abdullayev ağır xəsarət alıb. Avtomobilin sürücüsü Rafiq Məmmədov APA-ya bildirib ki, o işıqforun yaşıl işığından keçən zaman motosiklet onun avtomobilinə çırpılıb.
Hadisə yerində Xətai Rayon Polis İdarəsinin təhqiqatçıları araşdırma aparır.