Bakıda müəllimi avtomobil vuraraq öldürüb

Bakıda müəllimi avtomobil vuraraq öldürüb
# 25 noyabr 2021 12:26 (UTC +04:00)

Bakıda müəllimi avtomobil vurub.

APA-nın məlumatına görə, Bakı şəhəri 244 saylı orta məktəbin ibtidai sinif müəllimi Təranə Kazımova yolu keçərkən onu minik avtomobili vurub.
Məktəbdən APA-ya bildirilib ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. Qadın yolu keçərkən qəfildən yıxılıb və qarşıdan gələn avtomobil onu vurub. Qəza nəticəsində T.Kazımova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR