Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 02 iyul 2021 04:12 (UTC +04:00)

Bakının Binəqədi rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Bağırova Gülnarə Cəfər qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR