Bakıda sərxoş sürücü piyadanı vurub

Bakıda sərxoş sürücü piyadanı vurub
# 21 may 2021 01:51 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə 1975-ci il təvəllüdlü Əhmədov Səməd Faiq oğlu yolun müəyyən edilmiş hissəsindən keçərkən onu “Opel” markalı avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Opel” markalı avtomobilin sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən olunub ki, hadisəni törədən sürücü sərxoş vəziyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR