Bakıda taxta emalı sexi və kafe yanıb

Bakıda taxta emalı sexi və kafe yanıb
# 02 iyul 2021 07:10 (UTC +04:00)

Bakının Qaradağ rayonunda taxta emalı sexinin ərazisində ümumi sahəsi 180 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və içərisindəki taxta yonqarı 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, anbarın qalan hissəsi mühafizə olunub.
Bakının Səbail rayonunda isə üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 85 m² olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb. Kafe yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR