Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
# 28 iyun 2021 02:14 (UTC +04:00)

İyunun 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax”, “Mərdəkan”, “Buzovna”, “Bilgəh”, “Hövsan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən APA-ya verilən məlumata görə, onların hər biri xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR