Cəbrayılda təsərrüfat fəaliyyəti ilə məşğul olan 54 yaşlı şəxs minaya düşüb

Cəbrayılda  təsərrüfat fəaliyyəti ilə məşğul olan  54 yaşlı şəxs  minaya düşüb
# 07 noyabr 2021 18:00 (UTC +04:00)

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR