Cəlilabad sakinində 1,2 kq heroin, 2 kq-dan artıq qurudulmuş marixuana aşkarlanıb

Cəlilabad sakinində 1,2 kq heroin, 2 kq-dan artıq qurudulmuş marixuana aşkarlanıb
# 07 sentyabr 2021 11:36 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.

Bu barədə APA-nın cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Şəxsi axtarış zamanı Ə.Cəfərovdan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o, idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR