FHN Yevlaxda yanan sərnişin avtobusu ilə bağlı məlumat yayıb - FOTO - VİDEO - YENİLƏNİB-1

FHN Yevlaxda yanan sərnişin avtobusu ilə bağlı məlumat yayıb - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 05 iyul 2021 22:07 (UTC +04:00)

Yevlax rayonunun Yuxarı Qarxun kəndində "Mercedes" markalı sərnişin avtobusunun mühərriki və salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
21:32


Mətnə video əlavə olunub.

***
Saat 20:44


Bakıdan Mingəçevirə gələn sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olub-olmadığı dəqiqləşdirilir.
Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR