Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb
# 24 noyabr 2021 21:20 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində çay evlərinin birinin qarşısında qeydə alınıb.

1972-ci il təvəllüdlü Həsənov Kamil Şahvələd oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR