Bank Of Baku

Uitkoff və Kuşner Ukrayna ilə bağlı danışıqlar üçün Norveçə səfər edəcəklər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner

© APA | ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner

# 20 oktyabr 2026 02:21 (UTC +04:00)

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Norveçə səfər edəcəklər.

“Reuters” agentliyinin mənbələrə istinadən məlumatına görə, səfər çərçivəsində Ukraynadakı müharibənin nizamlanması üzrə növbəti danışıqların keçirilməsi planlaşdırılır.

Məlumata əsasən, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi gözlənilir.

Danışıqların dəqiq tarixi, iştirakçıların tam siyahısı və müzakirə ediləcək məsələlər barədə əlavə məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR