Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
# 09 oktyabr 2021 00:21 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik avtomobili idarəetmədən çıxıb və işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü Süleyman Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR