Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb - YENİLƏNİB

Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb - YENİLƏNİB
# 03 sentyabr 2021 10:27 (UTC +04:00)

Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T. Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

***

09:36

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü T. Məmişova həyat yoldaşı 1992-ci il təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülüb.

Qadın döyülməsi nəticəsində ağır bədən xəsarətlərindən 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri polis tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR