Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 17 iyul 2021 14:03 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik maşını "VAZ 2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1998-ci il təvəllüldü Elgün Hüseynli və 2003-cü il təvəllüdlü Aynur Hüseynli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR