Gəncədə karantin qaydalarını pozan SPA mərkəzi aşkarlanıb

Gəncədə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb

© APA | Gəncədə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb

# 19 oktyabr 2021 15:24 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində fitnes və SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştəriləri Nizami rayon Polis İdarəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. SPA Mərkəzində masaj xidmətləri göstərən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə edilib. Obyetkin adminstratoru barəsində isə prtokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Nəbiyev 15 sutkada inzibati qaydada həbs edilib.
Bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv şəhər sakinləri Şahmar Həsənovun və Cəsur Hüseynovun ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk edərək şəhər ərazisinə çıxmaları aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslər yaşadığı evə göndərilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR