Gəncədə narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi

© APA | Gəncə Şəhər Baş Polis İdarəsi

# 27 avqust 2021 14:06 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş, Elnur Kərimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində gizlətdiyi 1 kq narkotik vasitə olan qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.
ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Nadir Məmmədov saxlanılıb. Polis İdarəsində üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən Nadir Məmmədov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 3 kq 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.
Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR