Gəncə sakini yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Bəbişov Elmir Azər oğlu vanna otağında olarkən qaz partlayıb. Ağır yanıq xəsarəti alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan onun Bakıda yerləşən xəstəxanaların birinə aparılması nəzərdə tutulub.
Hadisənin səbəbi araşdırılır.