Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə yol qəzası

© APA | Gəncədə yol qəzası

# 02 oktyabr 2021 16:16 (UTC +04:00)

Gəncədə yük maşınının motosikletlə toqquşması nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs motosikletin sürücüsü, 1966-cı il təvəllüdlü Verdiyev Zirəddindir. O, həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

1 oktyabr

17:25

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Ford Tranzit” markalı yük maşını ilə motosiklet toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanların motosikletin sürücüsü və onun yanında olan həyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR