Gəncədə şadlıq sarayının inzibatçısı barədə cinayət işi başlanıb

Gəncədə şadlıq sarayının inzibatçısı barədə cinayət işi başlanıb
# 15 iyul 2021 09:52 (UTC +04:00)

Gəncədə fəaliyyət göstərən “Şah Sarayı” şadlıq sarayının inzibatçısı, şəhər sakini Mübariz Mirzəyevin barəsində cinayət işi başlanılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi xəbərə görə, keçirilən sonuncu reyd zamanı şəhər ərazisində fəaliyyət göstərən “Şah Sarayı” şadlıq sarayında Operativ Qərargah tərəfindən müəyyən edilən say normasından (150) artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Dərhal polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb, inzibatçı barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR