Goranboyda 22 yaşlı oğlan çoxsaylı xəsarətlər alıb

Goranboyda 22 yaşlı oğlan çoxsaylı xəsarətlər alıb
# 26 may 2021 10:54 (UTC +04:00)

Goranboy rayonunda 22 yaşlı gənc çoxsaylı xəsarətlər alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Veyisli kəndi ərazisində baş verib. 1999-cu il təvəllüdlü kənd sakini Abbasov Samir Rafiq oğlu naməlum şəraitdə əl və qol nayihələrindən çoxsyda kəsilmiş-deşilmiş xəsarətlər alıb, onda arterial qanaxma qeydə alınıb.

S. Abbasov xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi məlum olmasa da, xəsarət alan gəncin içkili olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR