Hacıqabulda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Hacıqabulda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 01 iyul 2021 03:48 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 03:05

Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 107-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Gədəbəy sakini, 1961-ci il təvəllüdlü Qurbanov Əmrəli Əli oğlunun idarə etditi “Ford Transit” markalı 90-SO-269 dövlət nömrə nişanlı avtomobil Sabirabad sakini, 1978-ci il təvəllüdlü Əliyev Damət Sərxoş oğlunun idarə etdiyi “KamAZ” markalı 54-BB-606 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

Nəticədə “Ford” markalı avtomobilin sürcüsü və onun həyat yoldaşı - 1965-ci il təvəllüdlü Qurbanova Tamilla Fərman qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə FHN-in Hacıqabul Yanğından Mühafizə idarəsinin xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə olan sürücü xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarılıb və yaralılar Şirvan Şəhər Xəstəxanaına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR