İşğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs tutulub - FOTO

İşğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb

© APA | İşğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb

# 18 oktyabr 2021 11:05 (UTC +04:00)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, oktyabr ayının 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.
Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR