Lənkəranda dağlıq və meşəlik ərazidə köməksiz qalan şəxs xilas olunub

Lənkəranda dağlıq və meşəlik ərazidə köməksiz qalan şəxs xilas olunub
# 19 avqust 2021 22:48 (UTC +04:00)

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb.

APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Nazilrikdən bildirilir ki, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR