Lənkəranda su kanalında batan 16 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Lənkəranda su kanalında batan 16 yaşlı oğlanın meyiti tapılıb  - YENİLƏNİB
# 22 avqust 2021 19:16 (UTC +04:00)

Lənkəran şəhərinin Nərimanabad kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, R.Qasımovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

18:36

Lənkəran rayonunda 16 yaşlı oğlan su kanalında batıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR