Mingəçevirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var 

Mingəçevirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var 
# 27 avqust 2021 09:05 (UTC +04:00)

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, yeni köçkün şəhərciyinin yaxınlığında yol qəzası başverib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobil “QazEL” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan “VAZ” sürücüsü 1984-cü il təvəllüdlü Malik Əsgərov və sərnişin, 1996-cı il təvəllüdlü Bəxtiyar Quliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR